ABŞ-ın Merilend ştatında hərbi bazaya kimyəvi hücum olub.
"Operativ Məlumat Mərkəzi-OMM" CNN-ə istinadən xəbər verir ki, hərbi bazaya göndərilən şübhəli bağlama açılıb və yayılan toz nəticəsində kütləvi zəhərlənmə baş verib.
Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib.
Paketin açıldığı bina təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.