AZ

40 dəqiqədən çox tualetdə oturdu, işdən qovuldu - FOTO

Tualetdə 40 dəqiqə oturan şəxs işdən qovulub.

Ölkə.Az “Bild” qəzetinə istinadla xəbər verir ki, qeyri-adi hal Almaniyada baş verib.

Sosial şəbəkələrdə bir alman işçinin işdən çıxarılma səbəbinin yazıldığı ekran görüntüsü yayılıb. Görüntüdə işçinin 23 sentyabrda 42 dəqiqə, 25-də 46 dəqiqə və ayın 30-da 48 dəqiqə tualetdə qaldığı qeyd edilib.

İddia edilən məktubda deyilir: 

“Əvvəlki xəbərdarlıqlara baxmayaraq, iş saatları ərzində təkrarlanan ağlasığmaz uzun tualet fasilələri halları olub”. 

Bundan əlavə, fasilələrin gecikmələrə və iş yükünün artmasına səbəb olduğu iddia edilir.

“Bild” qəzeti yazır ki, məktubun ekran görüntüsü 16 oktyabrdan bəri internetdə yayılsa da, orijinal mənbə tapılmır. Bunun əsl işdən çıxarılma, yoxsa internet saxtakarlığı olduğu hələ də məlum deyil. Buna baxmayaraq, “işdən çıxarma məktub”u onlayn müzakirələrə səbəb olub.

Əmək hüququ üzrə ixtisaslaşmış Hüquqşünas Dr. Hermann Qloisteyn “Bild”ə danışarkən vəziyyəti belə şərh edib:

“Nəzəri olaraq, iş saatlarında tualetdə uzun müddət qalmaq ciddi vəzifə pozuntusu hesab edilə bilər. Əlbəttə ki, işçi sadəcə əsas ehtiyaclarını ödəyirsə, yox. Əgər işçi tualetdən istirahət etmək və ya xüsusi fasilə üçün istifadə edirsə, vəziyyət fərqlidir”.

Qeyd edək ki, Almaniyada əgər işçi tualetdən sadəcə telefon zəngi etmək və ya fasilə vermək üçün istifadə edirsə, işəgötürən xəbərdarlıq etmək hüququna malikdir. Təkrarlanan qanun pozuntuları hətta işdən çıxarılmaya da səbəb ola bilər.

Billurə

Seçilən
78
1
olke.az

2Mənbələr