Tribuna portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Azərbaycan Prezidenti İlham Əliyev son çıxışında deməyib ki, Sevan yoxdur, Göyçə var. Bildirdi ki, çar Rusiyasının xəritələrində Sevan yoxdur, Göyçə var”.
Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O iddia edib ki, iİstinad edilən xəritədə Haystan əvəzinə “Ermənistan” yazılıb. “Amma həmin xəritədə Azərbaycan adı da yoxdur”.
Paşinyan daha sonra Zəngəzur dəhlizi barədə də danışıb. “Azərbaycan “Zəngəzur dəhlizi” ifadəsini işlədirsə, onlar öz ərazilərindən danışırlar. Çünki bizim ərazimizə belə yer adı yoxdur”.
Ermənistanın baş naziri sonda bildirib ki, azərbaycanlılar və ermənilər bir birilərinin ölkələrinə səfər edəcəklər. “Sülh o deməkdir ki, Ermənistandan olan insanlar avtomobillə Bakıya, Azərbaycandan isə Ermənistana, o cümlədən İrəvana gələ bilər”.
Fərda Uğur
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.