AZ

Azərbaycan millisinin sabiq futbolçusu: “Abubakar “Qarabağ” üçün böyük təhlükə ola bilər”

Misli Premyer Liqasının XI turunda “Qarabağ”la qarşılaşacaq “Neftçi”nin yeni transferi Vensan Abubakar Ağdam komandası üçün böyük təhlükə ola bilər.

Bu barədə “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev deyib.

Vaxtilə futbolçu kimi həm “Neftçi”, həm də “Qarabağ”da forma geyinmiş keçmiş hücumçu Azərbaycan derbisində şansları dəyərləndirib: “Neftçi” son oyunlarda qələbə qazanır. Komanda bir qədər toparlanıb. Ola bilər yeni transferlər kollektivə indi uyğunlaşır və çempionatın ab-havasını hiss edirlər. Vensan Abubakarın gəlişi isə ancaq xeyir verir. Meydana çıxdığı oyunlarda fərqlənib. Yaxşı, səviyyəli, özünü sübut etmiş hücumçudur. “Qarabağ” üçün böyük təhlükə ola bilər. Çox qaçmasa da, cərimə meydançası daxilində təhlükəlidir. “Neftçi”nin son vaxtlar yaxşı formaya düşməsi bu matçın daha da maraqlı olacağını göstərir”.

O, “Qarabağ”ın “Neftçi”dən daha üstün gördüyünü də vurğulayıb: “Qarabağ”dan çox danışmağa ehtiyac yoxdur. Hazırda yaxşı formadadırlar. Ola bilər ki, Qurban Qurbanov hansısa futbolçulara istirahət versin. Yorğunluqla bağlı müəyyən rotasiyalar mümkündür. Bütün bunlara baxmayaraq “Qarabağ”ı daha üstün görürəm”.

Qeyd edək ki, “Qarabağ” - “Neftçi” oyunu noyabrın 9-da baş tutacaq.

İdman.Biz

Seçilən
25
1
idman.biz

2Mənbələr