AZ

Tbilisidə azərbaycanlılara qarşı zorakılıq hadisəsi ilə bağlı daha bir nəfər həbs edilib

Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları azərbaycanlılara qarşı baş vermiş dəstə zorakılığının təşkilində və iştirakında ittiham olunan daha bir şəxsi saxlayıblar.

Far.Az report-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, 1997-ci il təvəllüdlü Ş.A. qrup halında zorakılığın təşkilində və həmin zorakılıqda iştirakda təqsirləndirilərək həbs olunub.

Qeyd edək ki, bu cinayət işi üzrə daha əvvəl bir neçə nəfər - 1970-ci il təvəllüdlü Manana Giorgobiani, 1996-cı il təvəllüdlü C.Ç., 2000-ci il təvəllüdlü L.G., 1999-cu il təvəllüdlü D.P. və 1995-ci il təvəllüdlü D.K. da saxlanılıb.

İlkin istintaqın nəticələrinə əsasən, noyabrın 2-də gecə saatlarında Tbilisidə supermarketin yaxınlığında bir qrup şəxs iki azərbaycanlı işçiyə qarşı zorakı hərəkətlər törədib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayəti törədən bütün şəxslər müəyyən edilərək təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunublar.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 1-ci və 2-ci hissələri - qrup zorakılığı və onun təşkili faktları üzrə istintaq aparılır. Qanunvericiliyə əsasən, bu əməllər doqquz ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.

Seçilən
11
3
far.az

4Mənbələr