AZ

Mosul hava limanı 11 ildən sonra fəaliyyətini bərpa etdi FOTO

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İraqda yerləşən Musul Beynəlxalq Hava Limanına ilk rəsmi daxili uçuşun həyata keçirildiyi bildirildi.

Hava limanı 2014-cü ildə Musulu ələ keçirən terror təşkilatı İŞİD-in hücumlarına məruz qaldığı üçün fəaliyyətini dayandırmışdı.

"Cebheinfo.az" xəbər verir ki, Musul valisi Əbdülqadir Dahil İraqın “INA” xəbər agentliyinə verdiyi açıqlamada, “İraq Hava Yollarına məxsus təyyarə Musul Beynəlxalq Hava Limanının uçuş zolağına ilk rəsmi daxili uçuş olaraq endi” deyib.

Vali Dahil Musul hava limanından İraqın bütün vilayətlərinə və dünyanın müxtəlif ölkələrinə uçuşların təşkil olunması ilə bağlı planların olduğunu qeyd edərək, hava limanının açılmasının böyük bir inkişaf fürsəti yaratdığını vurğuladı.

Xatırladaq ki, Musul Beynəlxalq Hava Limanı 2014-cü ildə Musulu ələ keçirən terror təşkilatı İŞİD-in hücumlarına məruz qaldığı üçün fəaliyyətini dayandırmışdı.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
156
1
cebheinfo.az

2Mənbələr