AZ

Moldova Parlamenti Rusiya və Belarusla dostluq qrupları yaratmayacaq

Yazını böyüt
Yazını kiçilt

Moldova Parlamentinin vitse-prezidenti Doina German yeni parlamentdə Rusiya və Belarusla dostluq qruplarının yaradılmayacağını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, German deyib: “Biz yalnız digər ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edən, insan ləyaqətini və azadlığını tanıyan dövlətlərlə dostluq qruplarının yaradılmasını zəruri hesab edirik”.

German bildirib ki, hazırda Moldova Parlamentinin 54 ölkənin parlamenti ilə dostluq qrupları var, lakin Rusiya və Belarus bu siyahıya daxil edilməyəcək. O, bu qərarın Xarici Siyasət Komitəsi tərəfindən Rusiyanın Ukraynaya qarşı aqressiv siyasəti səbəbindən verildiyini izah edib.

“Moldova sülhsevər ölkədir, bizim çoxlu yaxşı dostlarımız var. Dostluq qrupları sayəsində xalqlarımız arasında dialoqu, əməkdaşlığı və qarşılıqlı etimadı gücləndiririk”, - deyə German bildirib və qərarın ölkənin diplomatik mövqeyinə uyğun olduğunu vurğulayıb.

Seçilən
34
hafta.az

1Mənbələr