AZ

Ombudsman: Pensionerlərə, əlillərə, tələbələrə ictimai nəqliyyatda güzəştlərin tətbiq edilsin

Şəkərli diabet xəstələrinin dərman təminatının gücləndirilməsi, təqaüdçülər və əlilliyi olan şəxslərə, tələbələrə ictimai nəqliyyatda güzəştlərin tətbiqi, orta məktəb şagirdlərinə əlavə dərs vəsaitlərinin dövlət hesabına verilməsi, həmçinin məktəblərdə psixoloq ştatlarının artırılması kimi sosial məsələlər üçün əlavə vəsait tələb olunur.

Ölkə.az xəbər verir ki, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclis komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.

Ombudsman  eyni zamanda kənd yerlərində tibbi kadrların cəlbini stimullaşdıran 2009-cu il qərarının maliyyə təminatı dövrün tələblərinə uyğun yenilənməsini təklif edib.
“Bundan başqa, cinayət mühakimə icraatında ekspert və tərcüməçilərin əməkhaqlarının hazırkı 35 qəpik/saat səviyyəsindən artırılması, məhkəmə qərarlarının icrası üçün büdcədən xüsusi maliyyə təminatının yaradılması, hərbi qulluqçular üçün ərzaq kompensasiyasının artırılması və uşaq müavinətlərinin yaşayış minimumuna uyğunlaşdırılması da təkliflər sırasındadır”, - Ombudsman qeyd edib.

Ombudsman həmçinin BMT-nin Əlilliyi olan şəxslərin və Uşaq hüquqları haqqında Konvensiyalarının həyata keçirilməsi istiqamətində öz üzərinə düşən yeni monitorinq funksiyalarını qeyd edərək, bu məqsədlə Ombudsman Aparatının kadr və maddi-texniki bazasının gücləndirilməsi üçün əlavə maliyyə ayrılmasına ehtiyac olduğunu bildirib.

 Mürtəza

Seçilən
14
1
olke.az

4Mənbələr