1970-ci illərdən 1990-cı illərə qədər Türkiyə siyasi həyatında mübahisəli bir fiqur olan Abdullah Çatlının həyatından bəhs edən filmdə ASALA ilə bağlı epizodlar yer alır.
İstanbulda nəşr olunan erməni qəzeti “Agos”-un məlumatına görə, çəkiliş zamanı rejissor İstanbuldan olan erməni aktyorlara ASALA döyüşçüləri rolunu oynamaq imkanı təklif edib.
Lakin heç bir erməni aktyoru buna razı olmayıb.
Məlumata görə, Çatlı ASALA-ya qarşı vuruşub və təşkilatı dağıtmağa nail olub. Kinorejissorlar məhz bu cür ssenarilər üçün ASALA döyüşçüləri rolunu oynamaq üçün erməni aktyorları axtarırlar.