AZ

Qanunsuz mərclə bağlı qalmaqal: Saxlanılan rəsmilərin ADLARI

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan hakimlərin qanunsuz mərcləri ilə bağlı istintaqa artıq klublar da cəlb olunub.

NOCOMMENT.az -ın Oxu.Az-a istinadən verdiyi xəbərə görə, şübhəli bilinən 21 şəxsdən 19-u saxlanılıb.

Saxlanılanlar arasında Superliqa komandalarından “Eyüpspor” klubunun prezidenti Murat Özkaya, “Kasımpaşa”nın keçmiş prezidenti Fatih Saraç və klubun keçmiş sahibi Turgay Cinerin də olduğu bildirilib.

Eyni zamanda, saxlanılan hakimlərin adları da məlum olub. Bunlar Ahmet Kıvanç Kader, Arif Taşkın, Baran Karaman, Batuhan Topçu, Bedirhan Efe Akdoğan, Cihad Buyurgan, Erkan Arslan, Miraç Yıldırım, Mustafa Özel, Nevzat Okat, Nurullah Kırbaş, Sabri Emre Tekin, Şenol Bektaş, Ufuk Tatlıcan, Umut Kaptan, Yakup Yapıcı, Yasin Şen.

***

Futbolda qanunsuz mərclərlə bağlı istintaq çərçivəsində 21 şübhəli haqqında həbs qərarı verilib.

NOCOMMENT.az “Haber Global”a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu mərc iddiaları ilə bağlı istintaq çərçivəsində 17 hakim və bir Superliqa komandasının prezidenti də daxil olmaqla 21 şübhəli barəsində həbs qərarı verib.

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunun – “371 hakimin mərc hesabı var, 152-si isə aktiv şəkildə mərc oynayır”, – şəklində verdiyi açıqlamadan sonra İstanbul Baş Prokurorluğu tərəfindən araşdırma başlandığı bildirilib.

Rəsmi açıqlamada qeyd olunub ki, araşdırma çərçivəsində hakimlərin ictimai vəzifəli şəxs olmaları nəzərə alınaraq, mərc fəaliyyətlərinin vəzifə öhdəliklərinə zidd davranış olub-olmadığı qiymətləndirilir. Eyni zamanda, bu oyunların maliyyə dəyəri, hakimlərin bu işdən əldə etdikləri gəlir və digər şəxsi gəlirləri ilə müqayisə edilir.

Bundan əlavə, araşdırmaya İdmanda Zorakılığın və Nizamsızlığın Qarşısının Alınması haqqında Qanun çərçivəsində oyun alqı-satqısı və oyun nəticələrinə təsir göstərmə iddiaları da daxil edilib.

Seçilən
18
1
nocomment.az

2Mənbələr