AZ

İsrail ordusunun həbs olunan sabiq baş hüququ məsləhətçisi ev dustaqlığına buraxılıb

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

İsraildə 5 gün əvvəl həbs olunan sabiq hərbi baş hüquq məsləhətçisi Yifat Tomer Yeruşalmi ev dustaqlığına buraxılıb.

APA “The Times of Israel”ə istinadən xəbər verir ki, Yeruşalminin ev dustaqlığı 10 gün çəkəcək.

O, 55 gün müddətində ittiham olunduğu məsələdə iştirakı olan heç kimlə görüşə bilməz.

Sözügedən şəxs saxtakarlıq, etimadın sui-istifadə olunması, vəzifə səlahiyyətlərindən sui-istifadə, ədalətə mane olmaq və videomaterialın qanunsuz olaraq mətbuata sızdırılmasında günahlandırılır.

Qeyd edək ki, 2024-cü ilin avqustunda İsrail hərbçilərinin fələstinli məhkuma qarşı fiziki zorakılığını əks etdirən videomaterial yayılıb.

İsrail ordusunun baş hüquq məsləhətçisi Yifat Tomer Yeruşalmi ötən həftə videonun yayılmasında rolu olduğunu etiraf edib və istefa verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
5
apa.az

6Mənbələr