AZ

İctimai nəqliyyatda bu şəxslərə güzəştlər tətbiq edilməlidir

Azərbaycanda xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə güzəştlər tətbiq edilməlidir.

Publika.az xəbər verir ki, bu təkliflə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında çıxış edib.

O həmçinin bildirib ki, yeni elmi-tibbi biliklərin tətbiqi ilə bağlı son illər aparılan hərtərəfli təhlil və qiymətləndirmələr, habelə bu sahədə digər ölkələrin müsbət təcrübələri (məsələn, Türkiyə təcrübəsi) nəzərə alınmaqla şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı gücləndirilməlidir:

"Bundan başqa, ölkəmizdə orta təhsilin icbari olduğunu və tədris proqramlarında dərsliklərlə yanaşı, digər çalışma və köməkçi vəsaitlərdən komplekt şəkildə istifadənin nəzərdə tutulduğunu diqqətə alaraq şagirdlərə həmin vəsaitlərin dövlət hesabına verilməsi, orta məktəblərdə şagird sayına uyğun müəyyən edilən mövcud psixoloq ştatlarının artırılması olduqca zəruridir".

Seçilən
19
6
publika.az

8Mənbələr