ain.az bildirir, GlobalInfo portalına istinadən.
“Meta” şirkətinin təsisçisi Mark Zukerberq qızları və bəzi dostları üçün özəl məktəb açıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Wired” məlumat yayıb.
Bildirilib ki, o, buna görə Palo Altodakı məhəlləsini “məhv edib”.
“Məktəb Zukerberq ailəsinin toyuqlarından birinin şərəfinə “Bicken Ben” adlandırılıb. Təhsil ocağı rəsmi olaraq doqquz şagirdlə fəaliyyətə başlayıb, lakin 2025-ci ilə qədər bu rəqəm 30-40-a çatıb.
Bundan əlavə, yaşayış məhəlləsində özəl məktəb açmaq üçün şəhər hakimiyyətindən xüsusi icazə tələb olunsa da, Zukerberq bunu etməyib. Sakinlər səs-küy, söküntü və davamlı tikintidən şikayətləniblər. Məsələni araşdırmağa çalışan məmurlar milyarderin komandası tərəfindən təzyiqə məruz qalıblar”, – deyə qeyd olunub.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.