"ChatGPT" ilə intiharlara təhrik etdiyinə görə "OpenAI"a qarşı məhkəmə iddiaları qaldırılıb
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumatda bildirilir ki, "OpenAI"a qarşı yeddi məhkəmə iddiası qaldırılıb. İddiaçılar intihar edən dörd nəfərin və "ChatGPT" ilə əlaqə saxladıqdan sonra psixoloji travma aldığını iddia edən üç nəfərin qohumlarıdır.
Zərərçəkənlərdən birinin ailəsi iddia edir ki, dörd saatlıq söhbət zamanı süni intellekt dəfələrlə intiharı tərifləyib və yalnız bir dəfə qaynar xəttdən bəhs edib, bundan sonra oğulları özünü güllələyib.
Musavat.com