AZ

Qubanın icra başçısı 8 noyabrda tender gəlirindən müğənnilərə nə qədər pul xərcləyəcək?

Quba İcra Hakimiyyəti Zəfər Günü ilə əlaqədar rayonda tədbir keçirməyi planlaşdırıb. 

Paytaxt.org xəbər verir ki, bununla bağlı tender keçirilib və nəticəsi açıqlanıb.


Məlum olub ki, Zəfər günü ilə bağlı keçirilən tədbir xidmətlərinin satın alınması məqsədi ilə Quba İcra Hakimiyyəti “LAGUNA GROUP” MMC ilə anlaşıb. Belə ki, Zəfər Günü tədbirinə İcra Hakimiyyəti 181 min 580 manat xərcləyəcək.


Araşdırma zamanı məlum olub ki, Quba İcra Hakimiyyəti rayonda 120 dəqiqəlik tədbir düzənləyəcək. bir sıra dekorasiya və səhnə işləri ilə yanaşı, 20 nəfər müğənni də dəvət edilib. Onların arasında əməkdar və xalq artistləri də olacaq.


Maraqlıdır, görəsən, Qubanın icra başçısı İlqar Mahmudov 20 müğənniyə nə qədər pul xərcləyəcək? Yəni, tender nəticəsində ayrılan 181 min manatın nə qədəri müəğnnilərə veriləcək?
Qarşı tərəfi də dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

Mənbə:Tribunainfo.az

Seçilən
2
2
paytaxt.org

3Mənbələr