AZ

Siyavuş Novruzovdan bələdiyyələrlə bağlı TƏKLİF

“İndiyə qədər regionlarımız dotasiya ilə yaşayırdı. Xocavənd rayonunu çıxmaqla bütün regionların hər biri özü-özünü təmin edir, topladığı vergilərlə özünün təminatını həyata keçirir. 
təklif edirəm ki, gələcəkdə əgər mümkün olacaqsa, bu, toplanılan vergilərin, yəni kim normadan artıq vergi toplayırsa, müəyyən faizəri həmin regionlarda qalsın. Həmin vəsaitlər abadlıq, quruculuq işləri, o cümlədən şəhid, qazi ailələrinin müraciətləri və digər məsələlərə sərf olunsun. Həm də regionlar arasında qarşılıqlı rəqabət də olsun”. 

Bizim.Media xəbər verir ki, bunu  deputat Siyavuş Novruzov Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsi zaman deyib.

Deputat bələdiyyələrə dotasiyaların artırılmasını təklif edib:

“Ən kiçik bələdiyyələrimiz 3 mindən artıq əhalini əhatə edir. Ayrılan dotasiyaların ötən ilki kimi qalıb. Bütün sahələrdə artım var, amma bələdiyyələrdə artım nəzərə alınmayıb. Heç olmasa, qismən də olsa, bələdiyyələrə artımlar olunsun ki, onlar da uşaq meydançaları yaratsınlar, ahıllar üçün parklar salsınlar. Onlara çox sayda aztəminatlı ailələr müıəyyən problemlərin həll olunması ilə bağlı müraciət edirlər. Onu həll edə bilsinlər”.

Günay Şahmar, Bizim.Media

Seçilən
8
3
bizim.media

10Mənbələr