AZ

Qəzzada 350 futbolçu öldürülüb: Bu matç ləğv edilisin

Vətəninfo.az xəbər verir ki, İngiltərənin Birmingem şəhərində UEFA Avropa Liqası çərçivəsində keçiriləcək “Aston Villa” – “Makkabi Təl-Əviv” matçından əvvəl minlərlə insan İsrailin beynəlxalq futboldan kənarlaşdırılması tələbi ilə etiraz aksiyası keçirib. Aksiya iştirakçıları İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları “soyqırım” adlandıraraq, bu ölkəyə qarşı idman sanksiyalarının tətbiq edilməsini tələb ediblər.

Etiraz aksiyası Fələstin Həmrəylik Kampaniyası, Döyüşü Durdur Koalisiyası, İngiltərə Müsəlmanları Dərnəyi, Əl-Əqsa Dostları, Kəşmir Həmrəylik Kampaniyası və Fələstin Forumu İngiltərə təşkilatlarının birgə təşəbbüsü ilə Villa Park Stadionunun qarşısında keçirilib.

Etirazçılar “Azad Fələstin”, “İsraili FİFA-dan çıxarın”, “İsrailə qırmızı vərəqə”, “Qəzzanı ac saxlamağı dayandırın” və “Soyqırımı dayandırın” kimi şüarlar səsləndirib, stadionun qarşısında nəhəng Fələstin bayrağı açaraq İsrailə qarşı beynəlxalq sanksiya çağırışı ediblər.

Aksiya iştirakçılarından biri, ictimai fəal Ayoub Khan bildirib:

“Qəzzada 800-dən çox idmançı, o cümlədən 350 futbolçu öldürülüb. Süleyman əl-Ubaid yemək növbəsində dayanarkən qətlə yetirildi. Əgər Rusiya və Cənubi Afrikanı beynəlxalq idman yarışlarından uzaqlaşdırmaq mümkündürsə, İsrailə də eyni münasibət göstərilməlidir.”

Digər etirazçı, 1974-cü ildən “Aston Villa” azarkeşi olan bir qadın isə deyib:

“Bu mənim klubumdur, amma Qəzzadakı uşaqlar yaşamağa layiqdirlər. Onlar valideynlərinin öldürülməsindən qorxmamalıdırlar. 77 ildir bu zorakılıq davam edir, artıq dayanmaq lazımdır.”

Etiraz zamanı təhlükəsizliyin təmin olunması üçün stadion ərazisi uçuşa qadağan zona elan edilib. Tədbirdə 700-dən çox polis əməkdaşı, o cümlədən atlı polis dəstələri, polis itləri və dron bölməsi xidmət aparıb.

UEFA-nın qərarına əsasən, matç zamanı “Makkabi Təl-Əviv” azarkeşlərinə bilet satışı dayandırılıb və oyun qapalı keçirilir. “Aston Villa” klubu həmçinin bildirib ki, yalnız cari mövsüm üçün bileti olan azarkeşlər stadiona buraxılacaq.

Rəsmi məlumatlara görə, 2021-ci il siyahıyaalınmasına əsasən, Birmingem şəhərinin 1,1 milyon nəfərlik əhalisinin 30 faizi müsəlmanlardır, matçın keçirildiyi Aston Park ərazisində isə bu göstərici 70,2 faiz təşkil edir.

Etirazçılar bildiriblər ki, İsrail beynəlxalq idmandan təcrid edilməyənədək aksiyalar davam edəcək.

Seçilən
39
veteninfo.az

1Mənbələr