Tanınmış vəkil Şəfiqə Nağıyeva şəxsi həyatında yaşadığı çətinliklərdən danışıb.
News365.az xəbər verir ki, O keçmiş həyat yoldaşı və onun ailəsi tərəfindən psixoloji təzyiqlərə məruz qalıb.
Nağıyeva deyir ki, qaynanasının yaşadığı kəndə gedərkən, orada hər şey qaydalara əsasən olmalı imiş:
“Kəndə gedəndə hamı bizə gəldi, məni görməyə. Gələn gedən çox idi. Yorulmuşdum, susamışdım. Samavardan özümə çay süzdüm. Elə bu anda qaynanam içəri girib gördü və heç nə demədən çıxıb keçmiş yoldaşıma şikayət etdi. Dedi ki, mən onlardan icazə almadan çay içmişəm, guya əvvəlcə onlar içəri girib oturmalı, sonra mənə icazə verilməli idi.”
Vəkilin sözlərinə görə, qaynanasının sözünü eşidən həyat yoldaşı aqressiv davranıb:
“Qaynananın dediyinə görə, həyat yoldaşım əsəbiləşdi və stəkanı başıma atdı. Əyildim, divara dəydi, yoxsa düz başıma dəyəcəkdi.”
News365.az