ain.az bildirir, Missiya.az saytına əsaslanaraq.
Filippində "Kalmaegi" tayfunu nəticəsində ölənlərin sayı 188-ə çatıb.
Missiya.Az xəbər verir ki, itkin düşənlərin sayı 135 nəfərdir, onların axtarış-xilasetmə işləri davam edir. Tayfundan 2,258 milyon insan zərər çəkib, təxminən 10 min ev dağılıb.
Filippin Prezidenti Ferdinand Markos ölkədə “milli fəlakət vəziyyəti” elan edib.
Seyranə QuliyevaMissiya.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.