AZ

“Tesla” Maska 1 trilyon dollara yaxın bonus ödəyəcək


“Tesla” səhmdarları şirkətin baş direktoru İlon Maska təxminən 1 trilyon dollar dəyərində kompensasiya paketi ödəmək üçün razılığa gəliblər.
Yeniavaz.com
“Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat “Tesla”nın “X” sosial şəbəkə səhifəsində öz əksini tapıb.
Səhmdarların 75 faizi kompensasiya paketinin lehinə səs verib.
Agentliyin qeyd etdiyi kimi, bu, ABŞ tarixində bir şirkət rəhbərinə verilən ən böyük ödəniş olacaq.
Qeyd edək ki, Mask şirkətdəki işinə görə maaş almır, onun inkişafına verdiyi töhfələr bonuslar hesabına ödənilir.
Sentyabrın əvvəlində “Tesla” sahibkar üçün yeni kompensasiya paketi təklif edib. Paket 10 il müddətinə nəzərdə tutulur. Əsas şərt şirkətin bazar kapitallaşmasının hazırkı 1,4 trilyon dollardan 8,5 trilyon dollara yüksəlməsidir. Bundan əlavə, şirkət 20 milyon avtomobil və 1 milyon robot istehsal etməli və 1 milyon robotaksi kommersiya istifadəsinə verilməlidir. Bu şərtlər yerinə yetirilərsə, Mask şirkətin səhmlərinin təxminən 25%-nə nəzarət edəcək.
Seçilən
2
1
yeniavaz.com

10Mənbələr