AZ

Hesablama Palatası: Gələn il vergi elastikliyi artacaq » AzadMedia.az

Hesablama

2026-cı ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə bəzi mənbələrdən proqnozlaşdırılan gəlirlərin reallaşdırılmasında ciddi risklər yaranmayacaq, bəzi mənbələr üzrə vergi elastikliyi artacaq.

Bunu Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Bundan başqa, onun sözlərinə görə, əvvəlki ildə müşahidə olunan meyilə uyğun olaraq Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmaların çox nəzərdə tutulması tendensiyası davam etdirilib, gəlirlərin proqnozlaşdırılması prosesində istifadə olunan iqtisadi göstəricilərin tərkib komponentlərində əhəmiyyətli dəyişikliklərin baş verməməsi şərti ilə müəyyən edilmiş proqnozların icra olunacağı qənaətinə gəlinib.

"2026-cı ilin büdcə xərcləri "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası", o cümlədən "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" kimi strateji proqramları əhatə edir", - deyə sədr müavini əlavə edib.

Bundan başqa, Palata rəsmisi deyib ki, növbəti ildən dövlət adından yaradılan publik hüquqi şəxslərə və müvafiq müəssisələrə dövlət büdcəsindən ödənişlərin xəzinənin müşayiəti ilə aparılması nəzərdə tutulur: "Hesab edirik ki, bu, vəsaitlərin təyinatı üzrə istifadəsi üzərində nəzarəti gücləndirəcək. Növbəti ilin dövlət büdcəsində bir sıra dövlət proqramı və tədbirlər üzrə xərclərin icrasının İcbari Tibbi Sığorta Fondunun vəsaitləri hesabına həyata keçirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kifayət edici təminatlar mövcuddur".

Seçilən
23
3
azadmedia.az

4Mənbələr