AZ

Yevlax və Biləsuvar rayon mərkəzi xəstəxanalarında elektron növbə sistemi istifadəyə verilib FOTOLAR

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

TƏBİB tabeliyindəki tibb müəssisələrində növbələrin tənzimlənməsi, elektron növbə sisteminin işlək vəziyyətə gətirilməsi istiqamətindən həyata keçirilən tədbirlər davam etdirilir. Mərhələli şəkildə icra olunan proses artıq Yevlax və Biləsuvar rayon mərkəzi xəstəxanalarında da tam yekunlaşıb. Bundan sonra tibb müəssisələrində vətəndaşlar tibbi xidmətlərdən əvvəlkindən daha rahat şəkildə istifadə edəcəklər.Quraşdırılan yeni sistem sayəsində qəbul zamanı yaranan sıxlıq müəyyən qədər aradan qaldırılacaq, insanlar vaxt itkisi olmadan növbəyə yazılacaq və rahatlıqla tibbi xidmətlərdən yararlanacaqlar. Burada elektron növbə monitorlarının quraşdırılması canlı növbənin idarə edilməsinə dəstək verəcək, növbə prosesinin ardıcıllığına nəzarəti təmin edəcək.Qeyd edək ki, regionlarda yerləşən TƏBİB tabeli tibb müəssisələrinə yalnız şəhər mərkəzlərindən deyil, həm də ətraf kənd və qəsəbələrdən vətəndaşlar müraciət edir. Bu baxımdan, tibbi xidmətlərin elektron növbə sistemi prinsipi əsasında təşkili əhalinin bərabər və fasiləsiz şəkildə tibbi yardımdan faydalanmasına, ümumilikdə isə xidmətlərin hər kəs üçün daha əlçatan olmasına şərait yaradır.Hazırda paytaxtda və Abşeron ərazisində yerləşən 17 tibb müəssisəsində 33 növbə terminalı və 99 monitor (TV), regionlarda isə 28 tibb müəssisəsində 51 növbə terminalı və 133 monitor quraşdırılıb. Onların 2025-ci il sonuna kimi tam istifadəyə verilməsi nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
9
demokrat.az

10Mənbələr