Bakıda qadın evdə faciəvi şəkildə ölüb.
Moderator.az xəbər verir ki, hadisə Səbail rayonu Y.Mürsəlov küçəsində qeydə alınıb.
81 yaşlı Həqiqət Adil qızı Vəliyeva yaşadığı evin hamam otağında yıxılaraq, başından xəsarət alıb. Xəstəxanaya yerləşdirilən zərərçəkən orada ölüb.
Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.