AZ

Büdcə xərclərinin bir hissəsi elmi tədqiqatlara ayrılsın Deputatdan təklif

ain.az bildirir, Olke.az portalına istinadən.

Növbəti illərdə müdafiə büdcəsinin 1-2 faizi elmi-tədqiqat və innovasiyalara, 2-3 faizi isə kibermüdafiə, rabitə və kadr hazırlığına yönəldilsin. 

Ölkə.az xəbər verir ki, bunu deputat Səbinə Salmanova Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zaman deyib.

S.Salmanova bildirib ki, 2026-cı il üçün “Müdafiə və milli təhlükəsizlik” bölməsi üzrə 8 milyard 714 milyon manat vəsait nəzərdə tutulur ki, bu da ötən illə müqayisədə 318,5 milyon manat çoxdur və ümumi büdcə xərclərinin 21 faizini təşkil edir.

Deputat qeyd edib ki, hazırda müdafiə sahəsində elmi-tədqiqat və innovasiyalara ayrılan vəsait ümumi xərclərin 1 faizinə belə çatmır, halbuki müasir dövrdə bu göstərici daha yüksək olmalıdır.

“Biz artıq XXI əsrin intellektual savaşları dövrünə qədəm qoymuşuq. Burada silahın sayından çox, ağlın gücü, texnologiyanın üstünlüyü və süni intellektin tətbiqi həlledici rol oynayır”, - Salmanova vurğulayıb.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
3
olke.az

4Mənbələr