AZ

İradə Həsənova: “Zəfər Günü – milli birliyin, ədalətin və qalib xalqın rəmzidir”

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova Zəfər Günü münasibətilə açıqlamasında bildirib ki, 8 Noyabr Azərbaycan xalqının birliyinin, iradəsinin və ədalətin bərpasının simvoludur.

QHT sədri qeyd edib ki, bu gün həm milli qürur, həm də şəhidlərimizin ruhuna ehtiram günüdür:

“44 günlük Vətən müharibəsində qazanılan Zəfər təkcə hərbi uğur deyil, həm də mənəvi və milli oyanışın göstəricisidir. Bu sahədə  QHT - lərin rolü daha da artmalıdır. Bu istiqamətdə QHT-lər layihələr həyata keçirməli , ailələrlə  daim görüşlər təşkil etməlidirlər. Bununla bağlı medya və sosial mediyada milli ruhda kampaniyalar aparmaq və dünya miqyasına daha geniş şəkildə çatdırmaq  lazımdır.QHT-lər şəhid aillələrin və qazilərin sosiyal problərinin həllində onlarla birgə fəaliyyət göstərməli, hər hansı psixoloji problemlərinə köməklik göstərməli, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün tədbirlər, sərgilər, sənədli filimlər təşkil edilməlidir. QHT-lərin bu sahədə fəaliyyəti həm dəm vətəndas cəmiyyətinin üzərinə düşən məsuliyyəti kimi davam etməlidir".

İradə Həsənova vurğulayıb ki, Zəfər Günü təkcə keçmişi anmaq deyil, milli həmrəyliyin və gələcəyə inamın möhkəmlənməsi üçün çağırışdır. O sonda qeyd edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir:

“Biz qalib ölkənin qalib vətəndaşlarıyıq. Bu şanlı tarix təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də qürur mənbəyi olacaq.”

 

Pərvanə Fərhadqızı

Seçilən
25
qht.az

1Mənbələr