AZ

“Neftçi”nin yeni ulduzu “Qarabağ”la bağlı komanda yoldaşlarına nəyi etiraf etdi?

«Qarabağ»ın Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turu çərçivəsində «Çelsi» ilə keçirdiyi oyun Vensan Abubakarı təəccübləndirib. «Neftçi»nin yeni ulduzu bu barədə komanda yoldaşlarına danışıb. Kamerunlu hücumçu Ağdam təmsilçisinin İngiltərə nəhəngi ilə 2:2 etməsini gözlənilməz hal sayıb. Qarşılaşmanı ekran başından izləyən 33 yaşlı forvard London «zadəganlar»ının Bakıdan asan qələbə ilə dönüşünü təxmin etdiyi halda, görüşün heç-heçə bitməsini sürpriz adlandırıb. 33 yaşlı afrikalı «Qarabağ»ı ilk dəfə belə diqqətlə izlədiyini, onda xoş təəssüratın yarandığını söyləyib. Abubakar ÇL-dəki təmsilçimizin heyətində Abdulla Zubir, Leandro Andrade və Marko Yankoviçi fərqləndirib.

SPORTİNFO.AZ

Seçilən
48
sportinfo.az

1Mənbələr