AZ

Maliyyə naziri: "Plandan artıq vergi yığımlarına dair mexanizmdən istifadə olunur"

Maliyyə

Azərbaycanın regionlarında plandan artıq vergi yığımları şəhər və rayonların xərclərini ödəməyə böyük ölçüdə kifayət edir.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

"Artıq yığımların şəhər və rayonların ehtiyacları üçün istifadə olunması məsələsinə gəlincə, bununla bağlı mexanizmdən artıq istifadə olunur. Hər il planımızda müəyyən edilmiş vergilərdən artıq yığılan vəsaitin 50 %-i həmin şəhər və rayonun ehtiyacları üçün onların xərcləri bölməsinə daxil edilir. Bu vəsaitlər həm sosial müdafiə, həm rayon ərazisində yaşayan az təminatlı ailələrə dəstəyi müəyyən edir. Gələn ilin dövlət büdcəsində bu istiqamətdə proqnoz 100 milyon manatdır. Yəni rayonlarımız bu mexanizmdən aktiv istifadə edirlər və növbəti ildə də istifadə edəcəklər", - deyə o qeyd edib.

Seçilən
34
3
xalqcebhesi.az

4Mənbələr