ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“ABŞ prezidenti Donald Trampın beynəlxalq aləmdə irəli sürdüyü təşəbbüslər son dövrlər qlobal miqyasda ciddi rezonans doğurur və beynəlxalq güc balansında yeni proseslərə yol açır”.
Bunu millət vəkili Elman Nəsirov “Xalqcəbhəsi.az”a açıqlamasında bildirib.
O diqqətə çatdırıb ki, həmin təşəbbüslərdən biri də Amerika Birləşmiş Ştatları ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən C5+1 formatıdır:
“Bu kontekstdə noyabrın 6-da keçirilən ABŞ–Mərkəzi Asiya görüşü Vaşinqtonun regiona verdiyi önəmi bir daha nümayiş etdirdi.Elə bu formatın özü Mərkəzi Asiyanın geosiyasi çəkisini və ABŞ üçün strateji əhəmiyyətini göstərir. Mərkəzi Asiya həm təbii resursları, həm də coğrafi mövqeyinə görə dünya güclərinin diqqət mərkəzindədir və ABŞ da bu reallığın fərqindədir. Rəsmi Vaşinqtonun belə bir sammit keçirməsi bölgəyə olan marağının və siyasət prioritetlərinin aydın göstəricisidir. Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin həmin görüşdə səsləndirdiyi təklif – Azərbaycanın gələcəkdə C5+1 formatına dəvət olunması – olduqca əsaslı və strateji baxımdan məntiqli təşəbbüsdür. Tokayev bu fikri irəli sürərkən Azərbaycanın coğrafi mövqeyini, strateji imkanlarını və Cənubi Qafqazın lider dövləti kimi beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfələri nəzərə alıb. Əslində bu, Azərbaycanın regional və qlobal miqyasda artan rolunun etirafıdır. ABŞ da uzun müddətdir Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarına vahid strateji məkan kimi baxır. Bu baxımdan Azərbaycanın bu formatda iştirakı gələcəkdə tam real görünür”.
E.Nəsirov onu da bildirib ki, ABŞ ilə Azərbaycan arasında yaxın vaxtlarda yeni strateji sənədin imzalanması gözlənilir. Bu, iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir:
“Donald Trampın Prezident İlham Əliyevə göstərdiyi hörmət və siyasi etimad da bunu təsdiqləyir. Tramp dəfələrlə vurğulayıb ki, Siz olduqca güclü və ağıllı bir lidersiniz. Bu, Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzun, İlham Əliyevin liderlik keyfiyyətlərinin və balanslı siyasətinin açıq göstəricisidir. Qazaxıstan prezidentinin təklifi təkcə diplomatik jest deyil, həm də bölgədə mövcud geosiyasi reallıqlara əsaslanan strateji baxışdır. “İstisna deyil ki, gələcəkdə Azərbaycanın da bu formatda iştirakı reallaşsın və ölkəmiz C5+1 platformasında fəal tərəfdaş kimi yer alsın”.
Günel Elxan
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.