AZ

VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın bayraqdarları müəyyənləşdi

BAKI, 7 noyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.

Teleqraf Gənclər və İdman Nazirliyindəin rəsmi saytına istinadən xəbər verir ki, bu gün baş tutacaq açılış mərasimində Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

Seçilən
7
5
teleqraf.com

9Mənbələr