AZ

100 kiloqramdan çox çəkisi olan qızıl unitaz hərraca çıxarılacaq » AzadMedia.az

100

İtalyanın konseptualist rəssamı Mauritsio Kattelan tərəfindən hazırlanan unikal qızıl unitaz "Sotheby's" hərracının əsas lotu olacaq.

Bu barədə "The New York Times" qəzeti yazıb.

Onun başlanğıc qiyməti 10 milyon ABŞ dolları səviyyəsində müəyyən edilib.

Bildirilib ki, 100 kiloqramdan çox çəkisi olan 18 karatlı qızıldan hazırlanmış "Amerika" adlı unitaz noyabrın 18-də Nyu-Yorkda hərraca çıxarılacaq.

M.Kattelan, həmçinin 6,2 milyon dollara satılan divara lentlə yapışdırılmış banandan ibarət olan "Komediyaçı" instalyasiyası ilə də məşhurdur.

Seçilən
20
1
azadmedia.az

2Mənbələr