BAKI, 7 noyabr. TELEQRAF
İspaniyanın “Barselona” klubu 2025/2026 mövsümündə bütün turnirlər daxil olmaqla keçirdiyi 15 oyunda 20 qol buraxıb.
Teleqraf xəbər verir ki, bu vəziyyət komandanın müdafiə xəttindəki problemlərlə bağlıdır.
Bu, XXI əsrdə “Barselona”nın mövsümün bu mərhələsində göstərdiyi ikinci ən zəif müdafiə performansıdır.
Daha pis göstərici yalnız 2015/2016 mövsümündə qeydə alınıb. Həmin vaxt kataloniyalılar ilk 15 oyunda 23 qol buraxmışdılar.