Rusiyanın xarici işlər naziri Sergey Lavrov Təhlükəsizlik Şurasının 5 noyabr iclasını buraxan yeganə daimi üzvü olub.
Musavat.com xəbər verir ki, Kremlin açıqlamasına görə, onun iştirakı “razılaşdırılmış” şəkildə olmayıb, lakin bu, digər bir sıra diqqətçəkən vəzifədən kənarlaşdırmalarla üst-üstə düşüb.
Məlumata görə, Vladimir Putinin qərarı ilə əvvəllər G20 və ASEAN sammitlərinə rəhbərlik edən Lavrovun yerinə Rusiyanın nümayəndə heyətinə Maksim Oreşkin və Aleksey Overçuk rəhbərlik edəcək.
Mənbələr dəyişiklikləri Putinin və Donald Trampın Budapeştdəki görüşünün baş tutmaması ilə əlaqələndirirlər. Qərb mediasının məlumatına görə, görüş Lavrovun ABŞ dövlət katibi Marko Rubio ilə uğursuz danışığından sonra baş tutmayıb. Bundan sonra Vaşinqton Moskvanın danışıqlara hazır olmadığı qənaətinə gəlib.
Kremlə yaxın teleqram kanalları yazır ki, Putin Lavrovla sərt söhbət aparıb və XİN rəhbəri ilə bağlı xidməti yoxlama aparılır.
“Nezygar”ın məlumatına görə, Lavrov “ilk dəfə basqı altında görünür” və “Sergey Şoyqu yolu ilə gedərək” prezidentin etibarını tədricən itirir.
Musavat.com