AZ

Dəniz nəqliyyatı sahəsində yeni mərhələyə keçid: Azərbaycan IALA Konvensiyasına qoşuldu (FOTO)

Bakı. Trend:

Azərbaycan naviqasiya və dəniz nəqliyyatı sahəsində beynəlxalqəməkdaşlığı gücləndirmək və dəniz üzgüçülüyünün təhlükəsizliyi üzrəqabaqcıl standartları tətbiq etmək məqsədilə “Dəniz NaviqasiyaAvadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya(IALA) rəsmi qaydada qoşulub.

Prezident İlham Əliyev bununla bağlı Qanunu təsdiqləyib.(https://president.az/az/articles/view/70500)

Bu mühüm addım ölkəmizin Beynəlxalq Dəniz Təşkilatının ÜzvDövlətlərinin Audit Sxemi (IMSAS) çərçivəsində növbəti audityoxlamasından IALA tələbləri üzrə uğurla keçməsi, gəmilərinhərəkətinin idarəetmə xidmətinin beynəlxalq standartlarauyğunlaşdırılması və yoxlanılması, habelə müvafiq sahə üzrə texnikidəstəyin alınması və beynəlxalq arenada daha fəal rol oynamaq üçünyeni bir platformada təmsil olunmaq imkanı yaradır.

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) təşəbbüsü iləAzərbaycanın sözügedən Konvensiyaya qoşulması dəniz nəqliyyatısahəsində yeni mərhələyə keçiddir.

IALA Konvensiyasına üzvlük çərçivəsində ölkəmiz dəniz naviqasiyaavadanlıqlarının layihələndirilməsi, idarə olunması və texnikiyenilənməsi üzrə beynəlxalq səviyyədə tanınan standartlara uyğunfəaliyyət göstərəcək. IALA standartlarının tətbiqi Xəzər dənizindənaviqasiya marşrutlarının təhlükəsizliyini artırmaqla yanaşı,dənizdə baş verə biləcək hadisələrin qarşısının alınması, qəzarisklərinin azaldılması və ekoloji mühafizə tədbirləriningücləndirilməsinə də mühüm töhfə verəcək.

Qeyd edək ki, 1957-ci ildən Beynəlxalq Mayak XidmətləriAssosiasiyası kimi fəaliyyətə başlayan təşkilat 1998-ci ildən DənizNaviqasiya Avadanlıqları və Mayak Xidmətləri üzrə BeynəlxalqAssosiasiyaya (IALA) çevrilib. 2024-cü ildən etibarən isəAssosiasiya rəsmi şəkildə Qeyri-Hökumət TəşkilatındanHökumətlərarası Təşkilata çevrilib.

Dəniz
Dəniz
Seçilən
12
11
az.trend.az

10Mənbələr