AZ

Zəfər günü münasibətilə Yevlaxda 4 mindən çox ağac və dekorativ gül kolları əkilib - FOTOLAR

8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Yevlaxda silsilə ağacəkmə aksiyaları keçirilib. SİA xəbər verir ki, aksiyalar çərçivəsində rayonun iqlim şəraitinə uyğun 4113 ədəd müxtəlif növ ağac və dekorativ gül kolları əkilib. Yeni əkilən ağacların suvarılması təmin edilərək, onlara aqrotexniki qaydada qulluq göstərilib. Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən aksiyalar ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır.

Seçilən
16
2
sia.az

3Mənbələr