AZ

Əmanətlərin Sığortalanması Fondunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) təntənəli tədbir keçirilib. Zəfər Günü Azərbaycan Respublikasının dövlətçilik tarixində xüsusi yerə malik olan, xalqımızın milli iradəsini, dövlət-xalq birliyini və qəhrəman Ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirən qürur günüdür. 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edilmiş, torpaqlarımız işğaldan azad olunub. Bu tarixi hadisə Azərbaycan xalqının azadlıq, ədalət və milli qürur hissi uğrunda apardığı mübarizənin möhtəşəm təntənəsi olub.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Daha sonra Fondun İcraçı direktorunun müavini cənab Bəhruz Qayıbov tədbir iştirakçılarına müraciət edərək Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətini vurğulamışdır. Cənab B.Qayıbov qeyd etmişdir ki, 8 Noyabr – Zəfər Günü xalqımızın illərlə arzuladığı ədalətin bərpası, torpaqlarımızın işğaldan azad olunması və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnən möhtəşəm Qələbə günüdür. O bildirmişdir ki, bu tarixi Zəfər Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, uzaqgörən siyasəti, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində mümkün olub.

Bəhruz Qayıbov çıxışında vurğulamışdır ki, bu qələbə yalnız hərbi deyil, həm də mənəvi-siyasi Zəfərdir. 8 Noyabr xalqımızın birlik, iradə və milli həmrəyliyinin simvolu, gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir. Cənab Qayıbov bildirib ki, bu gün hər bir azərbaycanlı qalib xalqın nümayəndəsi olmaqdan qürur duyur və şəhidlərimizin göstərdiyi qəhrəmanlıq Azərbaycan tarixində əbədi yaşayacaqdır. O, çıxışının sonunda Vətən müharibəsində iştirak etmiş Fond əməkdaşlarına və bütün qazilərimizə dərin minnətdarlığını ifadə edib, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulacağını vurğulayıb.

Tədbir çərçivəsində Vətən müharibəsində iştirak etmiş Fond əməkdaşları öz döyüş xatirələrini bölüşüblər. Onlar xidmət etdikləri istiqamətlər, keçdikləri ön cəbhəxətləri barədə danışaraq, dövlətin qazilərə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğının yüksək dəyərləndirildiyini bildiriblər.

Sonda Fondun rəhbərliyi müharibə iştirakçısı olan əməkdaşları xüsusi hədiyyələrlə təltif etmiş və onların göstərdiyi şücaəti Fond kollektivi adından dərin minnətdarlıqla qeyd edib.

Əmanətlərin Sığortalanması Fondu bu əlamətdar gündə bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edir, şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm can sağlığı və uzun ömür arzulayır.

Zəfər bizimlədir!

Qarabağ Azərbaycandır!

Əmanətlərin Əmanətlərin Əmanətlərin Əmanətlərin Əmanətlərin Əmanətlərin Əmanətlərin
Seçilən
7
5
apa.az

6Mənbələr