AZ

Slovakiyanın müdafiə naziri sabah Bakıda hərbi paradı izləyəcək

Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak və onun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradı izləyəcək...

Poliqon xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirilib.

Prezident İlham Əliyev Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyətinin sabah Bakıda keçiriləcək Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirakını yüksək qiymətləndirib.

Poliqon.info

Seçilən
17
11
poliqon.info

10Mənbələr