AZ

Seyfəddin Hüseynli: Elə müəlliflər var ki, onların yazıları dilin inkişafına xidmət etmir

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan dilinin işlənməsi və düşüncə tərzinin formalaşması məsələsində nəsillərarası fərq artıq daha qabarıq şəkildə hiss olunur. O nəsil ki, onun böyük bir qismi mediada və yaradıcılıq sahəsində fəaliyyət göstərir, Azərbaycan dilində səlis yazıb düşünə bilir. Amma yeni nəsil üçün bu, getdikcə çətinləşir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalist Seyfəddin Hüseynli “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda keçirilən konfransda deyib.

Seyfəddin Hüseynli gənclərə müraciət edərək dilə münasibətin, onu hiss etməyin vacib olduğunu vurğulayıb: “Təəssüf ki, bəzən bizdə yazının forması, quruluşu yerində olsa da, fikir zəif olur. Fikrən dolğun olmayan, sadəcə formaca düzgün yazılar çoxalır. Bəzən elə müəlliflər var ki, onların yazıları dilin inkişafına xidmət etmir. Amma bu barədə açıq danışmaq, təəssüf ki, hər zaman mümkün olmur”.

Seçilən
35
azertag.az

1Mənbələr