AZ

Rəsmi Bakı 907-ci düzəlişin ləğvi üçün əməli addımlar atılacağına ümid edir

“ABŞ-yə səfərin tarixi və simvolik əhəmiyyətli digər bir məqamı ABŞ Prezidenti tərəfindən “Azadlığa dəstək qanununa” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncamın məhz cənab Prezident İlham Əliyevin iştirakı ilə imzalanmasıdır”.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

“Hər kəsə yaxşı məlumdur ki, 1992-ci ildə qəbul olunmuş bu düzəliş Azərbaycana ABŞ dövlət yardımının göstərilməsini qadağan etmiş, ölkəmizə qarşı açıq ayrı-seçkilik xarakteri daşıyan ədalətsiz bir addım olub. Bu düzəliş ikitərəfli əlaqələrimizdə çətinlik yaradan bir faktordur.

ABŞ Prezidenti tərəfindən atılan bu addım Azərbaycan-ABŞ tərəfdaşlığının real mahiyyətini əks etdirir, iki ölkə arasında qarşılıqlı etimadı və strateji əməkdaşlığı daha da möhkəmləndirir. Bu addım ABŞ-la yeni əməkdaşlıq dövrünün başlanmasının göstəricisidir. Ümidvarıq ki, Azərbaycanla-ABŞ arasında münasibətlərin inkişaf perspektivləri, ölkəmizin geniş regionda artan rolu nəzərə alınaraq, ABŞ tərəfi bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində əməli addımlar atacaq”, - Ayxan Hacızadə qeyd edib.


Telegram kanalımız
Seçilən
1
8
yenisabah.az

9Mənbələr