AZ

DİN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

Daxili İşlər Nazirliyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin xalqımızın şanlı tarixində əbədi iz qoyan, əsrlərlə yaddaşlardan silinməyəcək bir hadisə olduğunu vurğulayıb. O, torpaqlarımızın işğaldan azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış ən parlaq səhifələrdən olduğunu, bu qələbənin qazanılmasında təkcə hərbi gücün deyil, xalq-ordu-dövlət birliyinin və milli iradənin vəhdətinin mühüm rol oynadığını qeyd edib.

Tədbir iştirakçılarına daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazovun Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Daxili İşlər Nazirliyinin şəxsi heyətinə ünvanladığı təbriki çatdırılıb.

Seçilən
5
16
publika.az

10Mənbələr