AZ

Məhkum və sevgilisi əlbir olub nəzarətçiyə oyun qurdu - Film kimi olay

Dənizlidə barəsində protokol tərtib edilən qadın, nəzarətçidən qisas almaq məqsədilə süni intellektdən istifadə edərək rüşvət tələsi qurdu. Qadın məhkum və sevgilisi həbs edilib.


Manset.az Türkiyə mediasına istinadənxəbər verir ki, Dənizli şəhərinin Bozkurt məhəlləsindəki həbsxanada növbətçi qadın islah məmurunun rüşvət alması ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımların ardından başlayan araşdırma nəticəsində, Hülya T.-nin ona qarşı cinayət işi açan məmurdan qisas almaq üçün sevgilisi Enes B. ilə birlikdə süni intellektdən istifadə edərək saxta məzmun yaratdığı məlum olub. Hadisə ilə əlaqədar olaraq, saxlanılan 8 şübhəlidən Hülya T. və Enes B. həbs edilib.

Əldə edilən məlumatlara görə, sosial mediada yayılan iddialara əsasən, Bozkurt Qadın Həbsxanasında növbətçi qadın həbsxana gözətçisi, qapalı həbsxanaya göndərilməməsi müqabilində, açıq həbsxanada olan qadın məhkumların yaxınlarından pul tələb edib. Baş Prokurorluq həmin paylaşımlarla bağlı araşdırmalara başlayıb. Dənizli İl Jandarma Komandanlığının Jandarma Cinayət Axtarış Qrupu (JASAT) tərəfindən aparılan araşdırma zamanı, açıq həbsxanada olan Hülya T.-nin mənfi davranışları səbəbindən qapalı həbsxanaya köçürüldüyü müəyyən edilib. Daha sonra, o, sevgilisi Enes B. ilə birlikdə, ona qarşı cinayət işi açan məmurdan qisas almaq məqsədilə plan qurub.

Hadisə ilə əlaqədar olaraq, Hülya T. və Enes B. həbs edilib, digər şübhəlilər isə məsuliyyətə cəlb olunub.

Seçilən
34
1
manset.az

2Mənbələr