AZ

Peskov: Ukrayna ilə danışıqlardakı fasilə sülh prosesini ləngidir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna ilə bağlı danışıqlarda yaranmış pauza regionda nizamlanma prosesinin irəliləməsinə ciddi maneə yaradır.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, hazırda Moskva ilə Kiyev arasında qarşılıqlı etimad mühiti yoxdur, buna görə də tərəflərin mövqelərini yaxınlaşdırmaq çətinləşir.

Peskov qeyd edib ki, Budapeşt sülh sammitinin keçirilməsi ideyası aktualdır, lakin bu addımdan əvvəl hər iki tərəf tərəfindən “dəqiq və skrupulyoz diplomatik hazırlıq” görülməlidir.

“Sammitin nə vaxt baş tuta biləcəyinə dair proqnoz vermək hazırda mümkün deyil”,
— deyə Kremlin sözçüsü bildirib.

O, xarici mediada yer alan “Sergey Lavrovun guya Kremlin gözündən düşməsi” barədə iddiaları da tamamilə əsassız adlandırıb.

Bundan əlavə, Peskov LUKOYL-ın xaricdəki aktivlərinin satışı ilə bağlı da münasibət bildirib. Onun sözlərinə görə, bu məsələ Kremlin səlahiyyət dairəsinə daxil deyil, lakin Rusiya hökuməti şirkətin qanuni maraqlarının qorunmasının tərəfdarıdır.

Peskov vurğulayıb ki, Rusiya danışıqlar masasına qayıtmağa hazırdır, lakin bunun üçün real siyasi qərarlar tələb olunur.

Musavat.com

Seçilən
61
musavat.com

1Mənbələr