Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi Zəfər Günü və Vətən Müharibəsinin 5 illiyi münasibətilə şirkətin şəhid olan əməkdaşlarının ailələrini ziyarət edib.
Valideynlər və ailə üzvləri “Araz” supermarketlər şəbəkəsinin bu diqqət və qayğısını yüksək qiymətləndiriblər. Onlar bildiriblər ki, şirkət daim şəhid ailələrinə hörmət və mənəvi dəstək göstərir.
Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsinin 9 əməkdaşı Şuşa, Xocavənd, Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək şəhid olub. Onlar arasında Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev də var. Şəhid əməkdaşların hər biri göstərdikləri igidliyə görə müxtəlif orden və medallarla təltif ediliblər.
Hazırda şirkətdə 300-ə yaxın Vətən Müharibəsi iştirakçısı fəaliyyət göstərir.








