AZ

Rusiya ordusu Çerniqovu vurdu: Enerji infrastrukturu zədələndi

Ukraynanın Çerniqov vilayətində yerləşən Horodniya və Baxmaç icmaları Rusiya qüvvələrinin növbəti hücumuna məruz qalıb.

News365.az xəbər verir ki, Ukrinform-un məlumatına görə, noyabrın 7-si səhər saatlarında icmaların enerji və nəqliyyat infrastrukturu artilleriya atəşinə tutulub.

Rəsmi açıqlamada bildirilir ki, son 24 saat ərzində sərhəd yaxınlığındakı yaşayış məntəqələrinə ümumilikdə 71 mərmi atılıb, bölgədə 121 partlayış qeydə alınıb.

Bundan başqa, Semenivka icmasında kənd təsərrüfatı müəssisəsinə pilotsuz uçuş aparatı ilə zərbə endirildiyi, nəticədə təsərrüfat texnikasının zədələndiyi bildirilib. Hadisə nəticəsində insan tələfatı yoxdur.

News365.az 

Seçilən
22
news365.az

1Mənbələr