“Mən nazirlərin fəaliyyətindən qəti razı deyiləm. Məsələn, mədəniyyət naziri Adil Kərimlinin fəaliyyətindən. Mən ötən il büdcə müzakirəsində dedim ki, Mərkəzi Şəhər Kitabxanası və Uşaq Kitabxanası 1987-ci ildə tikilən binada cəmləşib. Üzr istəyirəm, bu 32 nəfərdən ibarət iki kollektivin sanitar qovşağı yoxdur. İnsanlar zəruri ehtiyaclarını ödəmək üçün sağa-sola, önə-arxaya, evlərə girirlər, xahiş edirlər, yalvarırlar. Yekə kişisən, bunu keçən ildə demişəm, axı?”
O, mədəniyyət nazirliyinə bu məsələ ilə bağlı müraciət edib:
“Mən deputatam, onlarla qarşılaşıram, məni onların qarşısında niyə utandırırsan? Üstündən bir il keçib, heç nə yolunda deyil. Sən nazir olaraq, hamıya aidsən, yaşından asılı olmayaraq bu camiənin ağsaqqalısan, böyüyüsən, onlar da sənin ailə üzvlərindir. Sən bunu həyata keçirə bilərsən axı. Təmir-tikinti, bərpa təşkilatı ilə müqavilə bağlayın, tikib qurtarsınlar da. Bunu Adil Kərimliyə bağışlayaram? Hanı sənin adilliyin, hanı sənin kərimliliyin?”