AZ

Ukrayna ordusu Krımda neft bazasını vurub

Ukrayna ordusu Krımdakı Qvardeyskaya neft bazasına zərbə endirib.

XəzərNews.az xəbər verir ki, bu abrədə Ukrayna ordusunun Xüsusi Əməliyyatlar Qüvvələrindən məlumat verilib.

Məlumata görə, noyabrın 6-sı gecə saatlarında PUA ilə yanacaqla dolu RVS-400 çəni vurulub.

Bundan əlavə, həmin ərazidə park edilmiş sistern vaqonları olan iki qatar məhv edilib.

Bildirilib ki, gecə hücumları nəticəsində Simferopol və ətraf ərazilərdəki neft bazaları və yanacaq-sürtkü materilları anbarlarına da zərbə endirilib.

Xəbər 5 dəfə oxunub.
Seçilən
15
2
xezernews.az

4Mənbələr