AZ

Biləsuvarda bədbəxt hadisə: 64 yaşlı qadın sobanın üzərinə yıxılıb öldü.

Biləsuvarda 64 yaşlı qadın sobanın üzərinə yıxılaraq ölüb. Yaxınları onun yüksək təzyiqi olduğunu bildirib.

NOCOMMENT.az Cənub bürosunun verdiyi xəbərə görə Biləsuvarda 64 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb. Hadisə rayonun Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 8 saylı qəsəbəsində baş verib. Cəbrayıl rayonunun Mehdili kənd sakini 1961-ci il təvəllüdlü Məkurə Gülənova sobanın üzərinə yıxılıb. O, müxtəlif dərəcəli yanıq xəsarətəri alaraq ölüb.
Mərhumun yaxınlarının deməsinə görə yüksək təzyiqi olan Məkurə Gülənova həm də öd xəstəliyindən əziyyət çəkirdi. “Ödündə daş olduğu üçün bu gün xəstəxanaya aparılacaqdı ki, əməliyyat olunsun. Hadisə baş verən an həyat yoldaşı evdə olub və həyətdə təsərrüfat işləri görüb. Məkurə xanım da isinmək üçün odun peçini qalayıb. Bu zaman huşunu itirib və özündən gedərək peçin üzərinə düşüb. Həyətdə işləyən yoldaşı evə qayıdarkən onu bu vəziyyətdə aşkarlayıb. O, dərhal yoldaşını xəstəxanaya aparsa da, artıq gec olub və Məkurə xanım dünyasını dəyişib”.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
39
nocomment.az

1Mənbələr