AZ

Messi növbəti dünya çempionatında da oynamaq istəyir

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Lionel Messi bir daha zamana “əlcək atmağa” hazırdı. 38 yaşlı futbolçu “İnter Mayami”də karyerasına davam etməklə yanaşı, DÇ-2026-ya qatılmağa da hazırdı. NBC-yə müsahibə verəb futbolçu etiraf edib ki, gələnilki mundiala qatılmaq və Argentina yığmasına titulu qorumaqda yardım etmək istəyir. Halbuki bir müddət əvvəl yaşına və sağlıq durumuna görə mundiala getməyəcəyini deyirdi."Football-plus.az" xəbər verir ki, “İnter Mayami”nin argentinalı hücumçusunun açıqlamasından mundial həvəsi ilə alışıb-yandığı görünür:

“Dünya çempionatında iştirak qeyri-adi hissdi. Mən bunu çox istəyərdim. Orda olmaq, milli komandaya yardım etmək arzum var. Növbəti il “İnter Mayami”də mövsümöncəsi hazırlığa başlayanda hər gün hazırlıq səviyyəmi qiymətləndirəcəm. Baxaq görək 100 faiz qüvvə ilə oynaya, komandaya faydalı ola bilirəmmi? Ondan sonra qərarımı verəcəm. Əlbəttə, iştirak arzusu ilə alışıb-yanıram, axı söhbət dünya çempionatından gedir. Yenidən titul qazanmaq imkanı möhtəşəmdi”.

Xatırladaq ki, növbəti dünya çempionatı gələn il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə mundiala 48 yığma qatılacaq.Maraqlıdı ki, cəmi bir ay əvvəl Leo yığma mövzusunda fərqli danışmışdı. Sentyabrda Venesuela üzərindəki qələbədən sonra DÇ-yə qatıla bilməyəcəyinə işarə etmişdi:

“Dünya çempionatı ilə bağlı mövqeyim dəyişməyib: daha bir dəfə oynayacağımı düşünmürəm. Yaşımı nəzərə alsaq, getməməyim məntiqlidi. Ancaq biz hədəfə yaxınıq, bu üzdən oynamaq motivasiyam var”.

Yeri gəlmişkən, Leo 2022-də Qətər mundialının onun üçün sonuncu olacağını demişdi. Görünür, dünya futbolunun əfsanəsi bu mövzuda mövqeyini dəyişib.Ümumiyyətlə, argentinalının karyerasını bitirmək ehtimalıyla bağlı açıqlamaları oyunu ilə ziddiyyət təşkil edir. Messi yaxınlarda “İnter Mayami” ilə müqavilə müddətini 2028-ci ilə qədər uzadıb, indi isə milli komandada oynamağı arzulayır. Leo cari mövsümdə “İnter Mayami”nin heyətində bir neçə dəfə dubl edib, həmçinin çoxlu məhsuldar hərəkətləri var ki, bunlar da onun MLS-də bombardirlər yarışının önündə qərarlaşmasına şərait yaradıb. Argentinalı ulduz hətta dünya rekordlarını da qırır: hazırda onun hesabında 1290 məhsuldar hərəkət var.Leo hələ də möhtəşəm formaya malikdi. Fiziki hazırlığı və oyun düşüncəsi az qala 30 yaşlılarla eyni səviyyədədi. Bundan başqa, Messi FIFPro versiyası üzrə ilin rəmzi yığmasına düşməyə namizəd olanların da siyahısındadı - əbədi rəqibi Kriştiano Ronaldo ilə birgə.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
icma.az

2Mənbələr