AZ

Peskovun ulu babası 26 Bakı komissarından biri imiş

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov keçmiş sovet təhlükəsizlik orqanları əməkdaşlarının ailəsindən gəlir.

Musavat.com xəbər verir ki, “Proekt”in yeni xüsusi layihəsinin - “Atalar və babalar: Rusiyada qohumbazlıq” adlı araşdırmasında yer alıb.

Rəsmi tərcümeyi-halında Peskovun atası Sergey Peskov “sovet və rus diplomatı” kimi göstərilir. Lakin jurnalistlərin əldə etdiyi məlumata görə, o, “böyük ehtimalla sovet kəşfiyyatçısı” olub. “Proekt” yazır ki, Peskovlar ailəsi Moskvada KQB və Xarici Ticarət Nazirliyinin əməkdaşları ilə eyni idarə binasında - Presnyadakı xidməti evdə yaşayıb.

Тайна

Nəşrin məlumatına görə, Sergey Peskovun Yaxın Şərqdəki ezamiyyətlərində o, “dostluq cəmiyyətləri” və “xalq demokratiyası ölkələri ilə həmrəylik komitələri”nin nümayəndəsi kimi təqdim olunub. Araşdırma müəllifləri qeyd edirlər ki, sovet dövründə bu tip vəzifələr çox vaxt kəşfiyyat fəaliyyətinə “örtük” kimi istifadə olunurdu. Sergey Peskovun keçmiş kurs yoldaşı da bu məlumatı “Proekt” jurnalistlərinə təsdiqləyib.

Məlumatda bildirilir ki, Dmitri Peskovun anası Nadejda Zevina da sovet xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmiş ola bilər və o, həyat yoldaşını xarici səfərlərdə müşayiət edib. Onun bu strukturlarla bağlılığına dolayı sübut kimi dövlət məlumat bazalarında Zevinanın işlədiyi yerlər haqqında heç bir qeyd olmaması göstərilir. Üstəlik, Peskovun rəsmi tərcümeyi-halında anasının adı çəkilmir.

“Proekt” əlavə edir ki, Peskovun anasının babası Yakov Zevin 26 Bakı komissarından biri olub.

Зевин,

Nənəsi Nadejda Drobiniskaya isə Bakı maarif komissarı kimi fəaliyyət göstərib və Qırmızı Ordunun Hərbi Hava Qüvvələrinin partiya təşkilatında “təmizləmə” komissiyasının üzvü kimi kütləvi repressiyalarda iştirak edib.

Musavat.com

Seçilən
68
musavat.com

1Mənbələr