AZ

Prezident generalı TƏLTİF ETDİ

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, təltif edilənlər arasında Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə də var.

O, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

General-leytenant İslamzadə Namiq Sərəfruz oğlu 7 may 1974-cü ildə Bərdə rayonunda anadan olub.

1991-ci ildə indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdikdən sonra 1996-cı ilədək Türkiyə Hərbi Təyyarəçilik Məktəbində təhsilini davam etdirib.

2011-2013-cü illər ərzində Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil alıb.

1996-cı ildən Azərbaycan Hərbi Hava Qüvvələrində təyyarəçi, baş təyyarəçi, aviasiya manqasının komandiri, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, aviabaza komandiri kimi müxtəlif vəzifələrdə xidmət edib.
2019-2024-cü illər ərzində Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 25.06.2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 25.06.2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 09.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 25.12.2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 25.12.2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 02.02.2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)”  Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

23.09.2024-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə təyin edilib.

Ailəlidir. Üç övladı var.

Seçilən
17
6
modern.az

7Mənbələr