2025-ci ilin yanvar–sentyabr aylarında ölkə üzrə üzüm yığımı 164,9 min ton təşkil edib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4% azdır. Ümumi əkin sahəsi 14,8 min hektar olub.
Məhsul yığımının azalması əsasən Şəmkir, Şamaxı, Göygöl və Qazax rayonlarında qeydə alınıb.
Ən çox üzüm yığımı Şəmkir (30,3 min ton), Tovuz (29,3 min ton) və Cəlilabad (16,9 min ton) rayonlarında olub.
Ən yüksək artım Babək rayonunda müşahidə edilib — məhsul 30% artaraq 3,9 min tona çatıb. Ağsu (+12%) və Ağstafa (+9%) rayonlarında da artım qeydə alınıb.
Ən çox azalma isə Qazaxda (-17%), Şəmkirdə (-12%) və Göygöldə (-9%) baş verib.
Bakı şəhərində də üzüm istehsalı 2% artaraq 8,4 min tona yüksəlib.